`Honours Akademy`də nə bayrağımıza sayğı var, nə də dilimizə... - ETİRAZ
Bakının mərkəzində yerləşən restoranın başı üzərində çoxsaylı ölkələrin bayraqlarının sıra sonunda qoyulmuş bayrağımızın nimdaş və cırılmış halı təəssüf doğurur...

Bakının Üzeyir Hacıbəyov küçəsində (Hökumət Binasımın arxası) "Honours Akademy" restoranı rerləşir. Restoran-kafenin başı üzərində Dünyanın 12 ölkəsinin bayraqları sərgilənib. Ən sonra Azərbaycan bayrağıdır. Niyə öz ölkəmizin bayrağı sonda olmalıdır? Bu sualı saxlayaq sonraya. Həmin binada yaşayan sakinlərin "Təzadlar"a çəkib göndərdiyi fotoşəkillərə və giley dolu mesajlarına inanmadan həmin əraziyə özümüz də baş çəkdik. Fakt təsdiqini tapdı.

Bəli, Azırbaycan bayrağı ən sonda qoyulub. Özü də bozarmış, nimdaş və yarı cırılmış vəziyyətdə.

Restoranın müştəri sarıdan korluq çəkmədiyi orada olanda bir daha şahidi olduq. Lakin bayrağımıza belə hörmətsiz yanaşmanı anlamadıq. İllərdir burada asılı qalmış abayrağımızı bozarmış və cırılçış halda görəndə olduqca təəssüfləndik. Halbuki bu bayrağın altında pul qazanan həmin restoranın sahibi ən azı ildə bir dəfə Azərbaycan bayrağını təzələyə bilər. Hansı ki, bu bayraq - igid əsgərlərimizin Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə... apararaq qan bahasına ucaltdığı müqəddəs bayraqdır!

Deməyi bizdən, tədbir görməyi isə adı çəkilən restoranın məşhur bir məmur sahibindən...

Səbuhi

P.S.yadımdan çıxmamış, ümumiyyətlə "Honours" sözünün və ya adının mənasını bilirsiz? "Honours"- ingilis dilində "Fəxri adlar" deməkdir... Bayrağımızı birinci sırada, yəni fəxri yerdə asmayan sahibkarın dilimizə hörməti budursa, daha nə deyək... //tezadlar.az//
 

Dünyapress TV

Xəbər lenti